Azərbaycanda siqaret istehsalı 30%-dək artıb - CƏDVƏL

Azərbaycanda siqaret istehsalı 30%-dək artıb - CƏDVƏL
# 19 oktyabr 2020 12:02 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 5 764,6 mln. ədəd papiros və siqaret və 3 513,7 ton fermentləşdirilmiş tütün istehsal edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumiyyətlə, hesabat dövründə ölkədə 296,6 mln. manatlıq tütün məmulatları istehsal olunub ki, bu da illik ifadədə 13,5% çoxdur.

Yanvar-sentyabrda kənd təsərrüfatı sektoru çərçivəsində 4 717 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.

Məhsul növləri

2020-ci ilin yanvar-sentyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq aylarına nisbətən, %

Papiros və siqaretlər, mln. ədəd

5 764,6

129,7

Fermentləşdirilmiş tütün, ton

3 513,7

91

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR