Azərbaycanda siqaret istehsalı 33% artıb

Azərbaycanda siqaret istehsalı 33% artıb
  • Clock-gray 14:23
  • calendar-gray 17 Noyabr 2020

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan 6 623,3 mln. ədəd papiros və siqaretlər və 3 948,7 ton fermentləşdirilmiş tütün istehsal edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin ilk on ayında ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə fermentləşdirilmiş tütünün istehsalı 1,9% azalıb, papiros və siqaretlərin istehsalı isə 32,8% artıb.

Qeyd edək ki, kənd tәsәrrüfatı sektoru çərçivəsində 5 699 ton tütün istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% çoxdur.

Mirsəid İbrahimzadə

Digər xəbərlər