Azərbaycanda son beş ildə 5 600-ə yaxın minik avtomobili istehsal olunub

Azərbaycanda son beş ildə 5 600-ə yaxın minik avtomobili istehsal olunub
# 29 yanvar 2021 14:15 (UTC +04:00)

Son beş ildə (2016-2020-ci illər) Azərbaycanda 5 578 minik avtomobili istehsal olunub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, 2016-cı ildən 2020-ci ilədək ölkədə minik avtomobillərin istehsalı 7,2 dəfə artıb.

Hesablamalara əsasən, hesabat dövründə minik avtomobillərin istehsalı üzrə ən yüksək göstərici (2 360 ədəd) 2019-cu ildə, ən aşağı göstərici isə (30 ədəd) 2017-ci ildə qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda 1 949 minik avtomobili istehsal olunub. 2019-cu il ilə müqayisədə ölkədə ötən il minik avtomobillərinin istehsalı 17,4% azalıb.

Xatırladaq ki, ötən il minik avtomobillərinin istehsalında azalma koronavirus pandemiyası çərçivəsində ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar olub. Belə ki, 2020-ci ilin aprelindən ölkədə minik avtomobillərinin istehsalı dayandırılmışdır. İstehsal yalnız iyunda bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR