Bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 108,6 mln. manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 60%, kimya sənayesində 40,5%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,5% artıb.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əsas kimya məhsullarından metanol istehsalı 42%, oksigen istehsalı 15,3%, propilen istehsalı 12,5%, etilen istehsalı 4,1% artıb. Rezin və plastik kütlə məmulatlarından məsaməli polistirol lövhələr və zolaqların istehsalı 3,6 dəfə, plastik boruların istehsalı 2,8 dəfə artıb.
Azərbaycanda kimya məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2020-ci il, yanvar |
2019-cu ilim yanvarı iılə nisbətən, % |
Azot, min kub m |
1 941,9 |
98,4 |
ondan əmtəəlik |
81,9 |
72,9 |
Yod, ton |
13,5 |
85,4 |
Oksigen, min kub m |
240,2 |
115,3 |
ondan əmtəəlik |
235 |
116,5 |
Propilen, min ton |
10,8 |
112,5 |
ondan əmtəəlik |
10,8 |
112,5 |
Polietilen, min ton |
10,2 |
84,8 |
Etilen, min ton |
12,8 |
104,1 |
Metanol (metil spirti), min ton |
42,8 |
142 |
Lak-boya məmulatları, ton |
859,8 |
62,7 |
Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton |
1 925,2 |
177,2 |