Azərbaycandakı günəş və külək elektrik stansiyalarının istehsalı azalıb

Azərbaycandakı günəş və külək elektrik stansiyalarının istehsalı azalıb
  • Clock-gray 11:41
  • calendar-gray 23 Mart 2020

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 17 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yanvar-fevral ayları ərzində günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 4,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (azalma 7,8%).

Qeyd edək ki, Azərbaycanda bu ilin yanvar-fevral aylarında 4355,9 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2% çoxdur. Ölkədə istehsal edilə edilən elektrik enerjinin 4079,4 mln. kVt-saatı istilik (artım 6,5%), 124,4 mln. kVt-saatı su elektrik (azalma 31,4%) stansiyaların payına düşüb.

Nərmin Rəhimova

Digər xəbərlər