Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf strategiyasına dair müzakirələr aparılıb

Azərbaycanın energetika sektorunun uzunmüddətli inkişaf strategiyasına dair müzakirələr aparılıb
# 06 iyul 2020 11:58 (UTC +04:00)

Azərbaycanın Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın hazırlanmasına dair məsələlər nazirlik səviyyəsində müzakirə edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, strategiyanın ilkin layihəsi nəzərdən keçirilib, strukturu və ayrı-ayrı bölmələri təhlil edilib. Layihədə əksini tapmalı zəruri məqamlar qeyd edilib. Digər ölkələrin müvafiq sahədə mövcud strategiyaları ilə müqayisələr aparılıb.

Bildirilib ki, Strategiya energetika sektorunda uzunmüddətli inkişafın təchizatın təhlükəsizliyi, iqtisadi səmərəlilik və davamlı inkişaf trilemmasına əsaslanmasını nəzərdə tutur. Həmçinin energetika sektorunun uzunmüddətli inkişaf Strategiyasında “COVİD 19” pandemiyasının qlobal energetika sektoruna təsirləri, eləcə də ölkənin iqtisadi inkişafı ilə bağlı strateji sənədlərə uyğunluğu kimi məsələlər də nəzərə alınmalıdır.

Qeyd edək ki, bu sənədin hazırlanması “Azərbaycan Respublikasının energetika sektorunda islahatların sürətləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 may 2019-cu il tarixli 1209 nömrəli Sərəncamı ilə Energetika Nazirliyinə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR