Azərbaycanın işğaldan azad edilən ərazilərinin qaz təchizatı ilə bağlı texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb

Azərbaycanın işğaldan azad edilən ərazilərinin qaz təchizatı ilə bağlı texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb
  • Clock-gray 10:45
  • calendar-gray 03 Dekabr 2020

İşğaldan azad olunan yaşayış ərazilərinin təbii qaz təchizatı üçün SOCAR-ın rəhbərliyinin tapşırığı ilə ilkin texniki-iqtisadi əsaslandırma işlərinə başlanılıb.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, ilk öncə yeni çəkiləcək magistral qaz xətlərinin istiqamətləri və onların keçəcəyi marşrutlarının araşdırılması işləri aparılmışdır.

Bu istiqamətlərə Böyük Bəhmənli-Füzuli-Hadrut-Şuşa, Azadqaraqoyunlu-Ağdam, Horadiz-Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın, Goranboy-Kəlbəcər aid edilib. Eyni zamanda işğaldan azad olunan ərazilərdə vaxtı ilə çəkilmiş qaz xətlərinin bərpasının mümkünlüyü də araşdırılmaqdadır.

Qeyd olunan istiqamətlər üzrə çəkilməsi planlaşdırılan magistral qaz xətlərinin imkanları mövcud və yeni salınacaq yaşayış məskənlərinin və sənaye obyektlərinin uzunmüddətli inkişafı nəzərə alınmaqla təbii qazla təmin edilməsinə hesablanacaq. 

Hazırda planlaşdırılan magistral qaz şəbəkəsinin marşrutlarının münasib konfiqurasiyası, ilkin texniki-iqtisadi göstəriciləri müəyyən edilir. Ərazilərin baş planları hazır olduqdan və istiqamətlər təsdiq olunduqdan sonra qazlaşmanın işçi layihələrinin hazırlanması mərhələsinə başlanılacaq. 

Hüseyn Vəliyev

Digər xəbərlər