Azərbaycanın metallurgiya sənayesində istehsal 8% artıb - CƏDVƏL

Azərbaycanın metallurgiya sənayesində istehsal 8% artıb - CƏDVƏL
# 18 fevral 2021 10:01 (UTC +04:00)

Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar ayında 56,1 mln. manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, metallurgiya sənayesində 8,1% artma, hazır metal məmulatlarının istehsalı sahəsində isə 24,9% azalma müşahidə olunub. Yanvar ayında sahə üzrə 2 511,5 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.

Metallurgiya sənayesi vә hazır metal məmulatlarının istehsalı sahәlәrindә əsas məhsul növlərinin buraxılışı:

Məhsul növlәri

2021-ci ilin yanvar ayında istehsal edilib

Əvvəlki ilin müvafiq ayına nisbətən, faizlə

Metallurgiya sәnayesi mәhsulları

Polad tökmә, min ton

17,0

76,2

Armatur, min ton

16,3

77,6

Polad borular, min ton

3,0

100,0

Emal edilmәmiş alüminium әrintilәri, ilkin şәkildә, min ton

1,4

58,3

Alüminium çubuqlar, millәr vә profillәr, ton

121,2

55,6

Hazır metal mәmulatlarının istehsalı

Qara metallardan yığma tikinti konstruksiyaları, min manat

1 404,4

60,3

Qara metallardan sair konstruksiyalar, ton

2 511,5

103,7

Misdәn elektrik izolyasiyası olmayan çoxdamarlı mәftil, tros vә kabellәr, ton

305,0

46,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR