Azərbaycanın neft-qaz sektoruna ötən ay 404 mln. manat yönəldilib

Azərbaycanın neft-qaz sektoruna ötən ay 404 mln. manat yönəldilib
# 18 fevral 2021 15:42 (UTC +04:00)

Bu ilin yanvar ayında Azərbaycanın neft-qaz sektoruna 404,1 mln. manatlıq vəsait yönəldilib ki, bu da illik müqayisədə 15% azdır.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar ayında ölkənin neft-qaz sektoruna 475,2 mln. manatlıq vəsait yönəlib.

Xatırladaq ki, 2020-ci ildə neft-qaz sektoruna 5 879,7 mln. manatlıq vəsait yönəldilib. Bu göstərici əvvəlki illə müqayisədə 7,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR