Azərbaycanın neft-qaz sektoruna sərmayələr 12% artıb

Azərbaycanın neft-qaz sektoruna sərmayələr 12% artıb
  • Clock-gray 16:00
  • calendar-gray 17 Noyabr 2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın neft-qaz sektoruna 4 781,8 mln. manat həcmində vəsait yönəldilib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12% çoxdur.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2019-cu ilin yanvar-oktyabr  aylarında ölkənin neft-qaz sektoruna 4 270,9 mln. manat yönəldilib.

Qeyd edək ki, ötən beş il ərzində (2015-2019-cu illərdə) Azərbaycanın neft-qaz sektoruna 35 665,1 mln. manat həcmində vəsait yönəldilib.

Emil İsmayılov

Digər xəbərlər