BP-nin yeni rəhbərinin vəzifəsinin icrasına başlayacağı tarix məlum olub

BP-nin yeni rəhbərinin vəzifəsinin icrasına başlayacağı tarix məlum olub
  • Clock-gray 13:15
  • calendar-gray 11 Dekabr 2019

Hazırda BP qrupunun hasilat bölümünə rəhbərlik edən Bernard Luni BP-nin baş icraçı direktoru vəzifəsində 5 fevral 2020-ci il tarixindən başlayaraq Bob Dadlini əvəz edəcək və həmin tarixdən də BP-nin Direktorlar Şurasının üzvü olacaq.

“BP-Azerbaijan”dan “APA-Economics”ə verilən məlumata görə, Bob Dadli 9 ildən çox baş icraçı direktor olmaqla, BP-də 40 il işləyir. O, 2020-ci il 4 fevral tarixində BP-nin baş icraçı direktoru vəzifəsindən və Direktorlar Şurasının üzvlüyündən gedəcək  və sonra 2020-ci il 31 mart tarixindən isə təqaüdə çıxacaq.

Bob Dadli və Bernard Luni Azərbaycana işgüzar səfər ediblər. Azərbaycana səfər proqramı çərçivəsində Luni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Görüşdə Luni İlham Əliyevə BP-nin bu regionda əməliyyatçısı olduğu layihələrdə işlərin hazırkı vəziyyəti və planları barədə məlumat verib, Azərbaycanın ən iri neft və qaz hasilatı, nəqli və kəşfiyyatı layihələrinin əməliyyatçısı kimi BP-nin davamlı fəaliyyəti haqqında danışmışdır. Luni həmçinin Azərbaycanla və Xəzər regionu ilə əməkdaşlığın daha da güclənməsi və genişlənməsi yönümündə BP-nin uzunmüddətli öhdəliyini bir daha vurğulayıb.

Səfər çərçivəsində BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə rəhbərliyi və əməkdaşları ilə bir sıra şirkətdaxili görüşlər də keçirilib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date