BTC ilə indiyədək 431 mln. tondan çox Azərbaycan nefti nəql edilib

BTC ilə indiyədək 431 mln. tondan çox Azərbaycan nefti nəql edilib
# 24 fevral 2021 16:10 (UTC +04:00)

Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti (BTC) ilə Türkiyə və dünya bazarlarına 431 mln. tondan çox Azərbaycan nefti nəql edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının energetika nazirlərinin ilk iclasında deyib.

Onun sözlərinə görə, qaz kəmərləri ilə indiyə qədər Türkiyəyə 79 mlrd. kubmetr qaz nəql olunub: "Eyni zamanda, bu layihələrimiz sayəsində Mərkəzi Asiyadan olan tərəfdaşlarımızın da enerji resurslarının bir hissəsi Azərbaycan vasitəsilə dünya bazarlarına nəql edilir", - nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR