BTC kəməri ilə neftin nəqli 8%-dək azalıb

BTC kəməri ilə neftin nəqli 8%-dək azalıb
# 22 yanvar 2020 11:38 (UTC +04:00)

2019-cu ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 38786,7 min ton neft nəql edilib ki, bu da 2018-ci il ilə müqayisədə 7,9% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə BTC kəməri ilə 4475,0 min ton tranzit nefti də nəql edilib. Bu, illik müqayisədə 31,4% azdır.

Komitənin məlumatına əsasən, ötən il ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 38786,7 min ton neft nəql edilib (6,5%-lik azalma).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR