Bakı üzrə sənaye istehsalı yanvarda 3,5 mlrd. manat olub

Bakı üzrə sənaye istehsalı yanvarda 3,5 mlrd. manat olub
# 28 fevral 2020 10:26 (UTC +04:00)

Bu ilin yanvar ayında Bakı üzrə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 3,5 milyard manat təşkil edib.

Bakı Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 80% mədənçıxarma, 17,6% emal, 1,9% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5% isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 81% faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 87%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 13% təşkil edib.

“İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 fevral 2020-ci il vəziyyətinə 244,7 mln. manatlıq hazır məhsul ehtiyatı olmuşdur. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 72,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub”, - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR