Bakıda yanvar-sentyabrda neft hasilatı 7,6% azalıb, qaz hasilatı 8,3% artıb

Bakıda yanvar-sentyabrda neft hasilatı 7,6% azalıb, qaz hasilatı 8,3% artıb
  • Clock-gray 16:21
  • calendar-gray 03 Noyabr 2020

Bu ilin yanvar-sentyabr aylarında Bakının mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 16,2 mlrd. manat olmaqla əvvəlki ilin analoji dövrünə nisbətən 6% azalıb.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan xam neftin əmtəəlik hasilatı 25,7 mln. ton, əmtəəlik təbii qazın hasilatı isə 19,4 mlrd. kubmetr təşkil edib. Neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 8,3% artıb.

Bundan başqa, cari ilin yanvar-sentyabr aylarında Bakıda 181,9 min ton inşaat üçün əhəng daşı (artım 19,6%), 6,1 min ton çınqıl, qırmadaş, xırda çay daşı (artım 7,2 dəfə) və 46,3 min ton gips və anhidrit (azalma 2,3%) hasil olunub.

APA-Economics

Digər xəbərlər