Bolqarıstan Azərbaycan qazının qəbuluna hazırlaşır

Bolqarıstan Azərbaycan qazının qəbuluna hazırlaşır
  • Clock-gray 16:49
  • calendar-gray 16 Noyabr 2020

Gələn ilin əvvəlindən Bolqarıstan Azərbaycan qazını qəbul etməyə başlayacaq.

"APA-Economics"in Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın Baş naziri Boyko Borisov Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) tikinti sahəsinə keçirdiyi baxış zamanı bildirib.

Onun sözlərinə görə, Bolqarıstan Azərbaycan qazının qəbuluna 2021-ci ilin yanvarın 1-dən başlayacaq: "Bir aydan sonra tam şaxələndirmə və Azərbaycan qazının ölkəyə gətirilməsi xəyalı reallaşacaq".

Qeyd edək ki, Bolqarıstanın "Bulgargaz" şirkəti "Şahdəniz-2" layihəsi çərçivəsində "Şahdəniz" konsorsiumu ilə ildə 1 mlrd. kubmetr qazın nəqli ilə bağlı müqavilə imzalayıb. "Sahdəniz" qazının Avropaya nəqli Cənub Qaz Dəhlizi ilə mümkün olacaq (Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri vasitəsi ilə). Azərbaycan qazının Avropaya nəqli 2020-ci ildə başlanacaq.

Xatırladaq ki, Bolqarıstan Azərbaycan qazını Yunanıstan-Bolqarıstan birləşdirici qaz kəmərinin (IGB) vasitəsi ilə alacaq. IGB-nin inşasının 2020-ci ilin ikinci yarısında yekunlaşması nəzərdə tutulur.

Emil İsmayılov

Digər xəbərlər