Böyük Britaniyada avtomobil istehsalı 66 ilin minimumuna enib

Böyük Britaniyada avtomobil istehsalı 66 ilin minimumuna enib
# 30 iyul 2020 11:28 (UTC +04:00)

Böyük Britaniyada avtomobil istehsalının həcmi 1954-cü ildən bəri ən aşağı səviyyəyə enib.

"APA-Economics"in “Reuters”ə istinadən verdiyi məlumata görə, bu ilin birinci yarısında avtomobil istehsalı illik müqayisədə 40%-dən çox azalaraq 381 000 avtomobil təşkil edib və son 66 ilin antirekordunu yeniləyib. Zavodlar və salonlar mart ayında COVID-19 pandemiyası səbəbindən bağlanmışdı və may ayında tədricən öz fəaliyyətlərini bərpa etməyə başladılar.

Qeyd edək ki, ölkədəki avtomobil istehsalçıları və satıcıları birliyinin proqnozuna görə, bu il ölkədə ümumilikdə 880 000-dən çox avtomobil buraxılacaq ki, bu da son 60 ilin en pis göstəricisi olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR