Ceyhan terminalından bu il 98 mln. barelə yaxın neft yola salınıb

Ceyhan terminalından bu il 98 mln. barelə yaxın neft yola salınıb
  • Clock-gray 09:45
  • calendar-gray 01 İyun 2020

Bu ilin yanvar-may aylarında Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından 97,68 mln. barel neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən və Orta Asiya nefti dünya bazarlarına çıxarılır.

Məlumata əsasən, bu ilin ilk beş ayında terminalda 125 tanker yüklənilərək, yola salınıb.

Qeyd edək ki, Ceyhan neft terminalından bu günədək 3,47 mlrd. barelə yaxın neft yola salınıb və 4 506 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

Emil İsmayılov

Digər xəbərlər