Deputat enerji sahəsinə aid yeni qanun layihələrinin hazırlanması təklifi ilə çıxış edib

Deputat enerji sahəsinə aid yeni qanun layihələrinin hazırlanması təklifi ilə çıxış edib
# 16 mart 2021 12:26 (UTC +04:00)

“Hüquqi mexanizmin formalaşdırılması enerji keçidinin özəl investisiya hesabına həyata keçirilməsi üçün mühümdür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sadiq Qurbanov deyib.

Deputat bildirib ki, bu baxımdan “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanun layihələri hazırlanması mühüm əhəmiyyət kəsb edir:

“Məndə olan məlumata əsasən, bu qanun layihələri tezliklə Milli Məclisə təqdim ediləcək. Sözsüz ki, bu qanunların qəbul edilməsi, müəyyən edilmiş hədəflərə, o cümlədən Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi müəyyənləşdirilmiş “yaşıl enerji” məkanının formalaşdırılmasına ciddi töhfə verəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR