Dmitri Peskov: "OPEC+ əvəzinə hər hansı bir razılaşmalar haqqında hələ söhbət getmir"

Dmitri Peskov: "OPEC+ əvəzinə hər hansı bir razılaşmalar haqqında hələ söhbət getmir"
# 02 aprel 2020 15:29 (UTC +04:00)

OPEC+ (Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) əvəzinə başqa razılaşmaların əldə edilməsi haqında heç bir söhbət getmir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Bu günə qədər heç kim OPEC+ qarşılığında hər hansı bir konkret sövdələşmə və ya hətta mücərrəd sövdələşmələr haqqında söhbət açmayıb. Enerji və neft bazarlarında vəziyyət Trampla söhbət əsnasında həqiqətən müzakirə edilib. Heç kim bu vəziyyətdən məmnun deyil", - deyə D. Peskov bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın ölkə başçısı Donald Tramp telefonla danışıblar.

Xatırladaq ki, martın 6-da OPEC+ ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər bir razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR