EIA 2020-ci il üçün qlobal neft istehlakı üzrə proqnozunu yaxşılaşdırıb

EIA 2020-ci il üçün qlobal neft istehlakı üzrə proqnozunu yaxşılaşdırıb
  • Clock-gray 10:58
  • calendar-gray 11 Noyabr 2020

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə dünyada neftə və digər maye karbohidrogenlərə olan gündəlik orta istehlak üzrə proqnozunu cüzi artırıb.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2020-ci ildə bu göstəricinin 92,91 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Əvvəlki proqnozda bu rəqəm 92,84 mln. barelə bərabər idi.

Buna baxmayaraq, agentlik 2021-ci üzrə proqnozunu azaldıb. Belə ki, proqnoza görə, bu göstəricinin 98,8 mln. barel olacağı gözlənilir. Bu, əvvəlki proqnozdan 290 min barel azdır.

Emil İsmayılov

Digər xəbərlər