EIA ABŞ-da neft hasilatı üzrə proqnozunu endirib

EIA ABŞ-da neft hasilatı üzrə proqnozunu endirib
# 09 dekabr 2020 11:47 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) ölkədə bu il ortalama gündəlik neft hasilatının 11,34 mln. mln. barel təşkil edəcəyini proqnozlaşdırır ki, bu da Agentlik tərəfindən noyabr ayında verilən proqnozla müqayisədə 0,44% azdır.

"APA-Economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il ABŞ-da ortalama gündəlik neft hasilatı 11,1 mln. barel səviyyəsində olacağı gözlənilir (əvvəlki proqnoza uyğundur).

Qeyd edək ki, 2019-cu ildə ABŞ-da gündəlik neft hasilatı 12,25 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR