EIA: ABŞ-da neft hasilatının pik həddi 2034-cü ilə təsadüf edəcək

EIA: ABŞ-da neft hasilatının pik həddi 2034-cü ilə təsadüf edəcək
# 04 fevral 2021 15:15 (UTC +04:00)

ABŞ-da neft hasilatının pik həddi 2034-cü ilə təsadüf edəcək və gündəlik 13,88 mln. barelə bərabər olacaq.

Bu barədə "APA-Economics" ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) 2050-ci ilədək qlobal enerji bazarlarındakı vəziyyətin inkişafına dair hesabatına istinadən xəbər verir.

Hesabata görə, 2034-cü ildən sonra ölkədə neft hasilatının həcmləri azalacaq və 2050-ci ildə 12,87 mln. barel səviyyəsində olacaq.

Bununla yanaşı, mütəxəssislərin fikrincə, 2023-cü ildə ABŞ gündəlik neft hasilatı üzrə 2019-cu ilin rekordunu (12,25 mln. barel) qıracaq.

Hesablamalara görə, ABŞ-ın 2019-cu ilin enerji istehlakı səviyyəsinə qayıtması üçün ən azı 10 il lazım olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR