EIA neftin builki qiyməti üzrə proqnozunu azaldıb

EIA neftin builki qiyməti üzrə proqnozunu azaldıb
# 07 oktyabr 2020 10:59 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) “Brent” markalı neftinin orta qiyməti üzrə 2020-ci il üçün proqnozunu 1,7% azaldaraq 41,19 dollara endirib.

"APA-Ecocomics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumat görə, gələn il üçün də “Brent” markalı neftin orta qiyməti üzrə proqnoz 4,1% azaldılaraq 47,07 dollara endirilib.

Agentlik WTI markalı neftin bu il orta qiyməti üzrə proqnozu da 0,6% azaldaraq 38,76 dollara, 2021-ci il üzrə isə 0,8% azaldaraq 44,72 dollar səviyyəsində proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR