"ExxonMobil" və "Chevron" birləşə bilər

"ExxonMobil" və "Chevron" birləşə bilər
# 01 fevral 2021 10:59 (UTC +04:00)

ABŞ-ın "ExxonMobil" və "Chevron" neft şirkətlərinin rəhbərləri arasında iki şirkətin birləşməsi imkanlarına dair ilkin danışıqlar aparılıb.

"APA-Economics"in "Wall Street Journal"a istinadən verdiyi məlumata görə, sözügedən nəhənglərin birləşməsi nəticəsində yarana biləcək şirkət sektordakı ən iri şirkətlərdən biri ola bilər.

Mənbələrin əldə etdiyi məlumatlara görə, birləşmə haqqında məsələ "Chevron" və "ExxonMobil" rəhbərləri Maykl Uirs və Darren Vuds ötən il koronavirus pandemiyasından sonra müzakirə ediblər. Pandemiya neft və qaza olan tələbatın azalması nəticəsində hər iki şirkət üçün maddi çətinliklər yaradıb.

Mənbələr qeyd edir ki, ilkin danışıqlar artıq aparılıb və hazırda davam etmir, buna baxmayaraq, onlar gələcəkdə bərpa edilə bilər.

Xatırladaq ki, "Chevron" şirkəti öncə Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunun işlənilməsi layihəsində və Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərində təmsil olunurdu. Lakin ötən il şirkət sözügedən aktivlərdəki paylarını (müvafiq olaraq 9,57% və 8,9%) Macarıstanın MOL şirkətinə satıb.

"ExxonMobil" şirkəti isə hazırda sözügedən layihələrdə təmsil olunur. Belə ki, şirkət AÇG-də 6,79%-ə, BTC-də isə 2,5% paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR