Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını artırıb
# 04 mart 2021 14:26 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 299,7 mln. kVt-saat elektrik enerjisi idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Elektrik Sisteminin Kommersiya Operatorunun (ESCO) hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici illik ifadədə 16,7% çoxdur. Hesabat dövründə Gürcüstan ümumilikdə 827,8 mln. kVt-saat elektrik enerjisi idxal edib ki, bunun da 36,2%-i Azərbaycanın payına düşüb. Bu il Gürcüstanın əsas elektrik enerjisi tədarükçüsü Rusiya olub – 521 mln. kVt-saat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR