Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb

Gürcüstan Azərbaycandan elektrik enerjisinin idxalını azaldıb
# 19 mart 2020 11:48 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycandan idxal etdiyi elektrik enerjisinin dəyəri illik ifadədə 1 718,8 min ABŞ dolları və ya 11,4% azalaraq 13 353,2 min dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən il isə bu göstərici 15 072,0 min dolları təşkil edib.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 256,875 mln. kVt-saat elektrik enerjisi idxal edib ki, bu da ötən ilin ilk iki ayı ilə müqayisədə 18,3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR