Gürcüstan Azərbaycandan qaz idxalını 5% azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını 5% azaldıb
  • Clock-gray 11:42
  • calendar-gray 21 Sentyabr 2020

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstan Azərbaycandan 150 361,9 min ABŞ dolları dəyərində 1 062 638,7 ton qaz idxal edib.

Bu barədə APA-nın yerli bürosuna Gürcüstan Milli Statistika İdarəsindən bildirilib.

Qeyd olunub ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik müqayisədə 32 139,9 min dollar və ya 17,6%, həcmi isə 54 676,7 ton və ya 4,9% azalıb. Belə ki, 2019-cu ilin analoji dövründə Gürcüstan Azərbaycandan 182 501,8 min dollar dəyərində 1 062 638,7 ton qaz idxal edib.

Səid Babazadə

Digər xəbərlər