Gürcüstan neft və neft məhsullarının idxalını 14% azaldıb

Gürcüstan neft və neft məhsullarının idxalını 14% azaldıb
# 19 dekabr 2019 17:01 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan 685,8 mln. ABŞ dolları dəyərində neft və neft məhsulları idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında bildirilib.

Qeyd olunub ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 108,5 mln. dollar və ya 13,7% azdır. Ötən ilin eyni dövründə Gürcüstanın idxalı etdiyi neft və neft məhsullarının dəyəri 794,3 mln. dollar təşkil edib.

Qeyd edək ki, cari ilin 11 ayında bu kateqoriyadan olan məhsulların idxalda ümumi payı 8,4%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR