Gürcüstan ötən il Azərbaycandan 215 min ton dizel idxal edib

Gürcüstan ötən il Azərbaycandan 215 min ton dizel idxal edib
# 15 yanvar 2021 12:12 (UTC +04:00)

2020-ci ildə Gürcüstan Azərbaycandan 214,9 min ton dizel yanacağı idxal edib.

APA-nln yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçılrı Birliyinin hesabatında deyilir.

Bildirilib ki, bu, ötən illə müqayisədə 44,7 min ton və ya 26,3% çoxdur. Hesabat dövründə Azərbaycan Gürcüstanın əsas dizel tədarükçüsü olub. Belə ki, qonşu ölkənin idxal etdiyi dizel yanacağının 38%-ni Azərbaycan tədarük edib.

Ötən il Gürcüstan ümumilikdə 565,6 min ton dizel idxal edib ki, bu da illik müqayisədə 13,9 min ton və ya 2,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR