Gürcüstanın neft bitumu idxalının 80%-i Azərbaycanın payına düşüb

Gürcüstanın neft bitumu idxalının 80%-i Azərbaycanın payına düşüb
# 14 aprel 2020 11:31 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Gürcüstanın neft bitum idxalının ümumi həcmi 14,3 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə (19,2 min ton) 4.9 min ton və ya 25,5% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında bildirilib. İdxal edilən məhsulun 49,6% -i (7,1 min ton) İran İslam Respublikasının payına düşüb. Cari ilin birinci rübündə Gürcüstan Azərbaycandan 6 min ton (42,0%), İraqdan 1,0 min ton (7%), Birləşmiş Ərəb Əmirliklərindən 0,2 min ton (1,4%) neft bitumu idxal edib.

2020-ci ilin mart ayında isə Gürcüstanın neft bitum idxalı 6,5 min ton təşkil edib ki, bu da fevral ayı ilə müqayisədə 1,9 min ton və ya 41.3%, illik müqayisədə isə 1,4 min ton və ya 17,7% azdır. Qeyd olunub ki, mart ayında idxal edilən neft bitumunun 80% -i (5,2 min ton) Azərbaycandan, 15,4%-i (1,0 min ton) İraqdan, 4,6%-i (0,3 min ton) İran İslam Respublikasından idxal edilib.

Hesabatda qeyd olunub ki, Gürcüstanın Neft bitumu idxalının azaltması COVID 19 virusunun yayılması ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə əlaqəlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR