Gürcüstanın neft və neft yağları idxalının 6%-i Azərbaycanın payına düşüb

Gürcüstanın neft və neft yağları idxalının 6%-i Azərbaycanın payına düşüb
# 24 mart 2020 14:09 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstanın neft və neft yağları idxalının ümumi dəyəri illik müqayisədə 4,3% artıraraq 105 710,0 min ABŞ dollarına çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Ötən ilin hesabat dövründə idxal edilən məhsulun ümumi dəyəri 101 330,1 min dollar təşkil edib.

Cari ilin yanvar-fevral ayları ərzində Gürcüstanın Azərbaycandan idxal etdiyi neft və neft yağlarının ümumi dəyəri 6 610,5 min dollar təşkil edib ki, bu da ölkənin ümumi idxalının 6,25%-nə bərabər olub.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan Gürcüstana 13 819,4 ton neft və neft yağları ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR