Hacıqabul Sənaye Məhəlləsində spesifik dəzgahlar hazırlanacaq

Hacıqabul Sənaye Məhəlləsində spesifik dəzgahlar hazırlanacaq
  • Clock-gray 23:00
  • calendar-gray 09 Dekabr 2019

 

Hacıqabul Sənaye Məhəlləsində gips məhsulları istehsal etmək üçün dəzgahlar hazırlanacaq.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul Sənaye Məhəlləsində kompleks tikinti materialları istehsal edən dəzgah və avadanlıqların istehsalı nəzərdə tutulur. 

Gips, gips əsaslı quru qarışıqlar və sement əsaslı quru qarışıqları istehsal edən, bu tip zavodların istehsal prosesini təşkil edən avadanlıqlar yığılacaq. Dəzgahlar Sənaye Məhəlləsində qeydiyyatdan keçmiş rezidentlərdən birinin istehsal zavodları şəbəkəsində tətbiq olunacaq. Eyni zamanda qeyri-rezidentlərin sifarişçiləri əsasında zavodda dəzgahlar və bu dəzgahların ehtiyat hissələri üzrə sifarişlər də qəbul ediləcək. Zavodda 100 nəfər işlə təmin olunacaq.  Zavodun istehsal gücü sifarişlərdən asılı olacaq. Zavodda hazırda Finlandiya, Almaniya, Türkiyə və Yaponiya istehsalı olan avadanlıqların 50 faizdən çoxu quraşdırılıb. Yaxın günlərdə zavodun qismən işə düşəcəyi gözlənilir. Avadanlıqlar quraşdırılması bitdikdən sonra isə zavod tam gücü ilə işləyəcək.

 

Əlibəy Zeynallı

Digər xəbərlər