IEA: 2026-cı ilə gündəlik qlobal neft istehlakı 4 mln. bareldən çox artacaq

IEA: 2026-cı ilə gündəlik qlobal neft istehlakı 4 mln. bareldən çox artacaq
# 17 mart 2021 15:43 (UTC +04:00)

Qlobal neft tələbatının böhrandan əvvəlki səviyyəyədək bərpası 2023-cü ildən tez baş tutmayacaq.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

IEA-nın 2026-cı ilədək olan proqnoza əsasən, qlobal neft tələbatı hələ də koronavirus pandemiyasının təsirlərini yaşayır. Belə ki, 2020-ci ildə neftə olan gündəlik tələbat 2019-cu ilin səviyyəsindən 9 mln. barelə yaxın az olub.

Bununla belə, 2026-cı il üçün gündəlik qlobal neft istehlakı 104,1 mln. barelə çata bilər, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 4,4 mln. barel çoxdur.

Agentliyin mütəxəssisləri onu da qeyd edir ki, pandemiyanın uzun müddət davam edən təsirləri və aşağı karbonlu enerji mənbələrinə enerji keçidinin aktuallığı, neftə olan tələbat heç vaxt pandemiyadan öncəki trayektoriyasını bərpa etməyəcək.

Qeyd edilir ki, tələbatın bərpasına ən böyük töhfəni Çin və Hindistan verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR