İşğaldan azad olunan rayonlarda dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin olunub - VİDEO

İşğaldan azad olunan rayonlarda dövlət əhəmiyyətli binalar elektrik enerjisi ilə təmin olunub - VİDEO
# 17 fevral 2021 14:34 (UTC +04:00)

Cəbrayıl, Zəngilan, Qubadlı rayonu və Hadrut qəsəbəsində yerləşən xüsusi dövlət əhəmiyyətli binalar, həmçinin Şuşa şəhəri yeni çəkilən elektrik veriliş xətti vasitəsi ilə ilkin mərhələdə elektrik enerjisi ilə təmin olunub.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurum tərəfindən işğaldan azad edilən ərazilərdə xüsusi dövlət əhəmiyyətli binaların elektrik enerjisi ilə təchizatını “Azərişıq Qarabağda” layihəsi çərçivəsində təxirəsalınmaz tədbirlərlə həyata keçirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR