KİV: "OPEC+" Monitorinq Komitəsi təkliflər hazırlayıb

KİV: "OPEC+" Monitorinq Komitəsi təkliflər hazırlayıb
  • Clock-gray 13:38
  • calendar-gray 08 Aprel 2020

"OPEC+"(Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) Monitorinq Komitəsi neft hasilatının hansı həcmdə azaldılması ilə bağlı layihə hazırlayıb.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" neft bazarında vəziyyətin müzakirəsi üçün sabah keçiriləcək iclasa hazırlıqlarla tanış olan mənbəyə istinadən xəbər verir.

Kartelin baş katibi Məhəmməd Barkindo istehsalın azalmasına hazır olduqlarını müzakirə edəcək və təkliflərini dinləyəcək.

"Kvotalarla bağlı monitorinq komitəsinin layihəsi artıq hazırdır. Sirr olaraq saxlanılır, detallar sabah müzakirə ediləcək. Bu axşam OPEC baş katibi Məhəmməd Barkindonun telefonla bəzi bu formatda ("OPEC+" - red.) iştirak edən ölkələr əlaqələrin saxlanılması gözlənilir, onların təklifləri və hasilatın azaldılmasına hazır olması müzakirə ediləcək", - mənbə qeyd edib.

Qeyd edək ki, "OPEC+" iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-na təyin edilib. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur.

Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır.

Emil İsmayılov

Digər xəbərlər