"KamAZ"la törədilən qəza zamanı qaz təsərrüfatına ciddi zərər dəyib

"KamAZ"la törədilən qəza zamanı qaz təsərrüfatına ciddi zərər dəyib
  • Clock-gray 13:15
  • calendar-gray 14 Aprel 2020

Aprelin 14-ü saat 11:00 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi döngə-1 ünvanında baş verən avtomobil qəzası zamanı “Azəriqaz” İstehsalat Birliyinin balansında olan qaz xətti və qaz tənzimləyici şkafa ciddi zərər dəyib.

APA-Economics”ə bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 Belə ki, Mənzil İstismar Sahələrindən birinə məxsus məişət tullantılarının daşınması ilə məşğul olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq qaz tənzimləyici şkafa çırpılıb və qurğunu yararsız hala salıb. Bundan başqa 108 mm diametrində olan qaz xətti və 7 ədəd qaz sayğacı zədələnib. Təhlükəsizlik tədbirləri olaraq 100-ə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

 

APA-Economics

Digər xəbərlər