Koronavirusla mübarizə tədbirləri Aİ-nin enerji sektoruna ciddi təsir edib

Koronavirusla mübarizə tədbirləri Aİ-nin enerji sektoruna ciddi təsir edib
# 12 oktyabr 2020 17:02 (UTC +04:00)

Yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirləri Avropa İttifaqının (Aİ) enerji bazarına ciddi şəkildə mənfi təsir edib. Bu ilin II rübündə bölgədə qaz istehlakı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 10% azalıb.

"APA-Economics"in "1Prime"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının hesabatında deyilir.

Hesabatda Aİ-də qaz istehlakı 2019-cu ilin II rübü ilə müqayisədə 10% azalaraq 8 mlrd. kubmetrə endiyi qeyd olunur. Buna səbəb əsasən sənaye sektorunda, elektrik enerjisi istehsalında və anbarlara qaz ehtiyatlarının vurulmasında azalmaların olduğu göstərilir.

Aİ-nin xalis qaz idxalı illik müqayisədə 14% azalıb. Rusiya boru kəmərləri ilə təchizat idxalın 42%-ni təşkil edib. İkinci yerdə sıxılmış qaz (LNG – 25%) alışları, üçüncü yerdə isə Norveçdən boru kəmərləri ilə təchizatın payına (23%) düşüb.

Bu ilin II rübündə LNG idxalı son rüblərdəki dinamik artımından sonra ötən ilin eyni dövrünə nisbətən 3% azalıb.

ABŞ LNG tədarükü üzrə bazar payının 7 faiz bəndini itirsə də, bu pay Avropaya idxalda 23% təşkil edib. Bu göstərici üzrə ABŞ Qətər (22%) və Rusiyanı (18%) qabaqlayıb.

Aİ-nin təxmin edilən qaz idxal fakturası 2019-cu ilin II rübündə 15,8 mlrd. avrodan 6,2 mlrd. avroya enərək son altı ildə ən aşağı səviyyəyə düşüb. Bu, əsasən sözügedən növ yanacağın alış qiymətlərinin və tədarük həcminin azalması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR