Naxçıvanda sənaye istehsalı 1% artıb

Naxçıvanda sənaye istehsalı 1% artıb
# 12 mart 2021 13:31 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Naxçıvan Muxtar Respublikasında 179,626 mln. manat dəyərində sənaye məhsulları istehsal olunub.

Naxçıvan Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2020-ci ilin yanvar-fevral ayında isə bu göstərici 175,957 mln. manata bərabər olub. Beləliklə Muxtar Respublikada sənaye istehsalı illik müqayisədə 1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR