Nazir: "Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 4 mlrd. dollara yaxın investisiya yatırıb"

Nazir: "Rusiya şirkətləri Azərbaycanın neft-qaz sektoruna 4 mlrd. dollara yaxın investisiya yatırıb"
# 02 iyul 2020 14:30 (UTC +04:00)

Bu ilin aprel ayının 1-nə Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna investisiyalarının həcmi 4 mlrd. ABŞ dollarına yaxın təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Energetika Nazir Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq konfrans zamanı deyib.

Nazir qeyd edib ki, Bakı-Novorossiysk neft və Hacıqabul-Şirvanovka-Mozdok qaz kəmərləri Azərbaycan və Rusiya arasında əsas enerji qovşaqlarıdır və ötən il Rusiya ərazisindən Bakı-Novorossiysk kəməri ilə 800 min ton Azərbaycan nefti nəql edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR