Nazir müavini: "Yaxın 25-30 ildə qaza tələbat artacaq"

Nazir müavini: "Yaxın 25-30 ildə qaza tələbat artacaq"
# 18 dekabr 2020 15:12 (UTC +04:00)

Qaza olan qlobal tələbat yaxın 25-30 ildə azalmayacaq, əksinə, istifadə nəticəsində karbon qazı tullantılarının az olduğu səbəbindən artacaq.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.

"CO2 izinin kiçik olduğu səbəbindən yaxın 25-30 ildə qaz istehlakında azalma gözləmirik. Proqnozlarımıza görə, istehlak ancaq artacaq", - P. Sorokin qeyd edib.

Artan tələbatın böyük hissəsi mayeləşdirilmiş qaz (LNG) hesabına təmin ediləcək.

P. Sorokinin sözlərinə görə, LNG bazarı yaxın 15-17 ildə 200 mln. ton arta bilər: "Bu, qaz bazarının hələ tam qlobal olmadığı anlamına gəlir, lakin bazar buna can atacaq".

Nazir müavini bazarda rəqabətin gücləndirəcəyi də qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR