Neft Fondu ötən il "Şahdəniz"dən 294 mln. dollar gəlir əldə edib

Neft Fondu ötən il "Şahdəniz"dən 294 mln. dollar gəlir əldə edib
  • Clock-gray 12:44
  • calendar-gray 25 Yanvar 2021

Ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları təşkil edib.

Bu barədə "APA-Economics"ə ARDNF-dən bildirilib.

Məlumata əsasən, hesabat dövründə "Şahdəniz" yatağından əldə edilən gəlirlərinin 223,4 mln. dolları kondensatın payına düşüb.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Emil İsmayılov

Digər xəbərlər