Novak: "2050-ci ilədək karbohidrogenlər qlobal enerji balansında payını qoruyacaq"

Novak: "2050-ci ilədək karbohidrogenlər qlobal enerji balansında payını qoruyacaq"
# 09 oktyabr 2020 14:30 (UTC +04:00)

2050-ci ilədək karbohidrogenlər heç bir yerə getməyəcək və bərpa olunan enerji mənbələrinə artan tələbata baxmayaraq, karbohidrogenlər qlobal enerji balansında böyük payını qoruyacaq.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak Dünya Enerji Həftəsi çərçivəsində çıxış edərkən deyib.

Onunu sözlərinə görə, Avropada fərqli enerji balansı ola bilər və buna görə dünyanı enerji ilə təmin etmək üçün şərtlərin nə olacağını arıq bu gün anlamaq vacibdir.

A. Novak Rusiyanın eyni zamanda yeni texnologiyalardan istifadə edərək enerji istehsalına hazır olduğunu da vurğulayıb: "Digər ölkələrlə birlikdə bu cür layihələrdə iştirak etməyə hazırıq".

Nazir onu da qeyd edib ki, bu yaxınlarda Rusiya nümayəndələri alman tərəfdaşları ilə görüşüb və nəticədə tərəflər arasında hidrogen enerjisi ilə bağlı ortaq araşdırmalara dair memorandumun imzalanması qərarı qəbul edilib. Novak əlavə edib ki, hidrogen böyük bir potensiala malikdir və gələcəkdə enerji balansındakı payı 25%-ə çata bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR