"OPEC+" Monitorinq Komitəsi gələn ilin hasilatı üzrə tövsiyələr verə bilər

"OPEC+" Monitorinq Komitəsi gələn ilin hasilatı üzrə tövsiyələr verə bilər
# 17 noyabr 2020 10:44 (UTC +04:00)

"OPEC+" Monitorinq Komitəsi noyabrın 17-də keçiriləcək iclasda böyük ehtimalla 2021-ci ilin əvvəlindən razılaşma ölkələrində neft hasilatı səviyyələri ilə bağlı "OPEC+" nazirlər toplantısına tövsiyələr verəcək.

"APA-Economics"in məlumatına görə, bunu TASS-a OPEC-dəki mənbə deyib.

"Bəli, çox güman ki, tövsiyə veriləcək", - deyə mənbə qeyd edib.

Məlumata əsasən, digər mənbə bu gün keçiriləcək Monitorinq Komitəsinin toplantısının cari ildə sonuncu olacağını deyib.

Məlumatda qeyd edilir ki, "OPEC+" nazirləri həm hazırda tətbiq olunan (gündəlik 7,7 mln. barel) hasilatın azaldılması üzrə məhdudiyyətlərin vaxtının uzadılması, həm də daha dərin məhdudiyyətlərin tətbiq olunması məsələlərini müzakirə etməyə hazır olduqlarını artıq qeyd etmişlər.

Xatırladaq ki, bu ilin 30 noyabr – 1 dekabr tarixlərində OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin görüşü keçiriləcək.

Aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR