"OPEC+": Qlobal neft bazarında bu il tələb təklifi üstələyəcək

"OPEC+": Qlobal neft bazarında bu il tələb təklifi üstələyəcək
  • Clock-gray 17:08
  • calendar-gray 04 Fevral 2021

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri aprel-iyun ayları ərzində neft istehsalını bərpa edəcəyi təqdirdə də, 2021-ci il ərzində bazardakı tarazlıq tədarükün defisitinə doğru yönələcək.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ötən gün keçirilən "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclasının nəticələrinə dair hesabatda deyilir.

Məlumata görə, yaxın aylar üçün  neft bazarının inkişafı üzrə iki ssenari əsas götürülür. Belə ki, birinci ssenariyə əsasən, 2021-ci ildə neftə olan gündəlik qlobal tələbat 2020-ci ilin göstəricisi ilə müqayisədə 5,6 mln. barel artacaq. İkinci ssenari isə neft bazarının daha ləng templərlə bərpa olunacağını nəzərdə tutur.

Buna baxmayaraq, hər iki proqnoz onu göstərir ki, yığılmış artıq ehtiyatlardan istifadə edərək, bazar ilin əksər hissəsində neft təklifinin defisiti şəraitində olacaq.

Beləliklə, birinci ssenariyə görə, mayda bazarda neft defisiti maksimuma çatacaq və gündəlik 2 mln. barel təşkil edəcək. Bazarın bərpası daha yavaş sürətlə davam etsə də, il ərzində gündəlik tələb təklifi orta hesabla 0,3 mln. barel üstələyəcək.

Emil İsmayılov

Digər xəbərlər