"OPEC+" ölkələrinin qlobal neft bazarında payı son beş ildə 6 faiz bəndi azalıb

"OPEC+" ölkələrinin qlobal neft bazarında payı son beş ildə 6 faiz bəndi azalıb
  • Clock-gray 15:36
  • calendar-gray 19 Yanvar 2021

ABŞ-da şist neft hasilatı artırılmasa, "OPEC+" razılaşması ölkələri 2016-cı ildən (razılaşmanın qüvvəyə mindiyi il – red.) bəri itirdiyi bazar paylarını bərpa etməyə başlaya biləcək.

"APA-Economics"in IEA-in aylıq hesabatına istinadın verdiyi məlumata görə, ABŞ şirkətlərini hazırda istehsal artımına yönələcək yeni investisiyalardan daha çox borcların qaytarılması məsələsi maraqlandırır.

Hesabata əsasən, Amerika şirkətləri bu plana əməl etməyə davam etsə, "OPEC+" ölkələri bazarda olan paylarını bərpa etməyə başlayacaq.

IEA-in hesablamalarına görə, "OPEC+" ölkələrinin 2020-ci ildə neft bazarında payı 2016-cı ildəki 57%-dən 51%-ə enib.

Emil İsmayılov

Digər xəbərlər