Ötən il BP-nin Azərbaycan üzrə xərcləri 27% artıb

Ötən il BP-nin Azərbaycan üzrə xərcləri 27% artıb
# 04 fevral 2021 12:36 (UTC +04:00)

Ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici podratçılarla imzaladığı müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə) və materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 888,1 mln. ABŞ dolları təşkil edib, bu da illik müqayisədə 27,1% artım deməkdir.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata əsasən, hesabat dövründə BP yerli tərəfdaşı olan birgə müəssisələr (16 müəssisə üzrə) çərçivəsində 957,8 mln. dollar xərcləyib.

Hesabata görə, şirkət ötən il xarici podratçıların ölkə daxilində məsrəflərinə 558,5 mln. dollar xərcləyib. Bundan başqa, hesabat dövründə BP-nin 232 kiçik və orta müəssisə üzrə xərcləri 330,7 mln. dollar, 25 dövlət şirkəti üzrə xərcləri isə 41,1 mln. dollar təşkil edib.

Qeyd edək ki, ötən il BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə yerli şirkətlərlə birbaşa və regionda fəaliyyət göstərən xarici şirkətlərlə müqavilələr üzrə yerli işçi qüvvəsinə (xidmətlərə), materiallara çəkilmiş bilavasitə (subpodratçı) xərcləri 1 485,1 mln. dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR