Qazaxıstan "OPEC+" sazişi çərçivəsində iri yataqlarda hasilatı azaldıb

Qazaxıstan "OPEC+" sazişi çərçivəsində iri yataqlarda hasilatı azaldıb
  • Clock-gray 12:26
  • calendar-gray 27 May 2020

Qazaxıstan “OPEC+” sazişinin bir hissəsi olaraq, bir sıra iri yataqlarda, o cümlədən “Tengiz” və “Kaşaqan”da neft hasilatını məhdudlaşdırıb.

APA-Economics” TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Enerji naziri Nurlan Noqayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Qazaxıstanda gündəlik neft hasilatı (“OPEC+” sövdələşməsi çərçivəsində) orta hesabla 390 min barel azaldılıb.

Hasilatı orta, iri və ən iri yataqlar azalda bilər. Hökumətin qərarı ilə bəzi sahələrdə hasilata məhdudiyyətlər qoyulub. Bunlar “Tengizchevroil”, “Kashagan” layihəsi, “Kazmunaygas” şirkətlər qrupu, “SNPS-Aktobemunaygas” və digərləridir ki, onların illik hasilatı 10 mln. tondan çoxdur.

Mayın 25-nə olan məlumata görə, Qazaxıstanda gündəlik orta neft hasilatı (kondensat istisna olmaqla) 177,8 min ton təşkil edir ki, bu da “OPEC+” sövdələşməsinin öhdəliklərinin yerinə yetirilməsini göstərir.

Mayın 1-dən qüvvəyə minən “OPEC+” sazişi təşkilata daxil olan ölkələr tərəfindən may-iyun aylarında neft hasilatının 9,7 mln. barel azaldılmasını nəzərdə tutur.

Hüseyn Vəliyev

Digər xəbərlər