Qazaxıstanda 5 neft-kimya zavodu tikiləcək

Qazaxıstanda 5 neft-kimya zavodu tikiləcək
# 05 mart 2021 12:52 (UTC +04:00)

Qazaxıstanda 2025-ci ilədək beş neft-kimya zavodu tikiləcək.

"APA-Economics"in Qazaxıstan mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ölkənin energetika naziri Nurlan Noqayev bildirib.

Onun sözlərinə görə, sözügedən müəssisələrindən üçü Aktau, ikisi isə Şımkend və Uralsk şəhərlərində inşa ediləcək.

Nazir vurğulayıb ki, 2021-ci ildə neft-kimya sənayesinin inkişafına dair milli layihə hazırlanacaq. Məqsəd – neft-kimya istehsalını sürətləndirmək və potensial investorlar üçün cəlbedici şərait yaratmaqdır.

Nəticədə, istehsal həcmi doqquz dəfə artaraq 2 mln. ton neft-qaz kimya məhsulu təşkil edəcək. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə təqribən 3,9 mlrd. ABŞ dolları təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR