"Qazprom" uzaq xarici ölkələrə qaz ixracını 45% artırıb

"Qazprom" uzaq xarici ölkələrə qaz ixracını 45% artırıb
# 01 fevral 2021 16:22 (UTC +04:00)

Bu ilin yanvar ayında Rusiyanın "Qazprom" şirkəti uzaq xarici ölkələrə 19,4 mlrd. kubmetr qaz tədarük edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 mlrd. kubmetr və ya 45,4% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, qaz alışı xüsusən Almaniya (32,4%), İtaliya (221,5%), Türkiyə (20,8%), Fransa (77,3%), Niderland (21,2%) və Polşa (89,9%) kimi iri Rusiya "mavi yanacağı"nın istehlakçıları tərəfindən artırılıb.

Qeyd edək ki, Azərbaycan Türkiyənin qaz idxalında Rusiyadan sonra ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR